Barter sisteminin aşağıdakı üstünlükləri vardır
Nağdiniz cibinizdə qalır (Bütün dünyanı sarsan qlobal maliyyə böhranı bir daha göstərdi ki, nəğd pul hər zaman öz sözünü deyir, ingilislər demişkən “Cash is the King”. Nəğd vəsaitin qorunması, lakin eyni zamanda fəaliyyətin davam etdirilməsi, hətta bazarın genişləndirilməsi, anbarlarınızdakı malların satılması və ehtiyacınız olan mal və xidmətlərin təmin olunmasının yeganə yolu barterdir).
Bazarınız böyüyür (Sizdən nağd mal və xidmətlər alan daimi müştərilərinizlə yanaşı nəğd problemi olan müştərilərin də sizinlə işləməsini təmin edir və beləliklə sizin mal və xidmətlərinizi təklif etdiyiniz çevrə daha da genişlənir. Siz yeni müştərilər qazanırsınız ki, bu da sizin istehsal və ya təklif gücünüzün artmasına səbəb olur. Daxil olduğunuz barter sistemində hər cür sektordan onlarla firmalarla əməkdaşlıq edirsiniz.)
Alışlarınızı gücləndirir (Barter sistemindən istifadə etdiyiniz zaman geniş bir bazardan alış imkanınız olduğuna görə sizə verilən təkliflərin sayı artır və onların içərisindən ən münasibini seçmək şansınız yaranır. Və nəğd vəsait tələb olunmadığı üçün bir çox hallarda istədiyinizdən daha çox mal və xidmət alma-satma imkanınız olur.)
Rəqabət üstünlüyü yaradır (Siz geniş bir sistemə üzv olduğunuz üçün lazım olan anda lazım olan mal və xidməti sizə lazım olan qiymətlə və şərtlə, həm də dərhal əldə edə bilirsiniz, həmçinin əgər istehsalla məşğul olursunuzsa, sizə zəruri xammal və materialları da ən qısa zamanda əldə edə bilirsiniz ki, bu da sizi sistemdə olmayan rəqiblərinizlə münasibətdə çox daha güclü bir mövqeye çıxarır.)
Yeni əməkdaşlıqlar təmin edir (Barter sistemində iqtisadiyyatın bütün sektorlarını təmsil edən yüzlərlə şirkət mövcud olur ki, bu şirkətlər arasında çoxşaxəli əməkdaşlıq imkanları yaranır və şirkətlər öz müştəri portfellərini genişləndirirlər.)
Vəsaitlərinizə qənaət edir (Barter sistemində çox sayda təklif və variantlardan ən münasibini seçmək, ödəmə şəklini büdcənizə uyğun formada təyin etmək, xammal və materialları ən qısa zamanda və əlavə xərc tələb olunmadan əldə etmək imkanı olduğuna görə vəsaitlərinizə əhəmiyyətli dərəcədə qənaət edilir.)
Satışlarınızı artırır (Barter sisteminin yuxarıda sadalanan üstünlükləri son nəticədə istehsal və satış həcminizi bir neçə dəfə artıracaq. Ambarlarınızdakı artıq mallar satılacaq və yeni malların istehsalında heç bir tərəddüd etməyəcəksiniz.)