Beton nasosu | İstilik-soyutma sistemləri | Mis borular | Ofis sahəsi
Sement | Beton | Mənzil | Boya | Qum-çınqıl | Avtomobil

Barter əməliyyatı nümunəsi

Düşünək ki, AZBARTER şirkətinin üzv olan 3 firma vardır. Bunlardan biri Turizm, ikincisi Avtoservis, üçüncüsü də inşaat firmasıdır. Bu üç firmanın müxtəlif məhsullara ehtiyacı vardır. Məsələn, turizm firmasının inşaat mallarına, avtoservisin hotel xidmətlərinə, inşaat firmasının da avtoservisə ehtiyacı yaranır. A Turizm firması sistemin üzvü olan B inşaat firmasından özünə lazım olan 5000 manatlıq inşaat avadanlıqlarını alır, sistemin üzvü olan digər C Avtoservisi isə A Turizm firmasından 5000 manatlıq hotel nömresi və ya xaricdə istirahət paketi alır, öz borcunun müqabilində isə sistemdən alacağı olan B İnşaat firmasının avtomobillərinə 5000 manatlıq təmir xidmətləri göstərir. Beləliklə, AZBARTER üzvü olan 3 fərqli şirkət pul xərcləmədən aldıqları mal və xidmətin əvəzini öz mal və xidmətləri ilə ödəyirlər. Amma, təbii ki, bütün bu proses AZBARTERin icazəsi və vasitəçiliyi ilə baş verir.

Nə üçün Barter?

Bütün dünyanı sarsan və ötən ilin gündəminə damğasını vuran qlobal maliyyə böhranı bir daha göstərdi ki, nağd pul hər zaman öz sözünü deyir, ingilislər demişkən “Cash is the King”. Bəs nağd vəsaiti qorumaq, lakin, eyni zamanda fəaliyyəti davam etdirmək, hətta bazarınızı genişləndirmək, anbarlarınızdakı malları satmaq və ehtiyacınız olan mal və xidmətləri necə əldə etmək olar? Bu sualın yalnız bir cavabı var – BARTER yolu ilə.