Suallarla barter
Barter Sistemində nələr alınıb-satıla bilər?
Barter üzv firmaların bir-birləri ilə alqı-satqı elədikləri bir sistemdir. Üzv firmalar sadəcə barter bazarında təklif edilən mal və xidmətləri ala bilərlər. Barter sistemi ayrılıqda böyük bir bazardır. Barter firmalara anbarlarındakı malları satma, daha çox məhsul istehsal etmə imkanı yaradır, firmaların satışlarını artırır, onların yeni müştərilər qazanmasını təmin edir. Üzvlər “pullarını yığma” qorxusu olmadan ticarət aparırlar. Barter ilə satış həyata keçirmək üçün firmalar əlavə heç bir xərc çəkmirlər. Firmalar bir il müddətində mal və xidmətlərinin pulsuz reklam və marketinqini aparırlar. Firmalar məhsullarını alıcı firmalara sata bilmək üçün barter şirkətindən satış icazəsi üçün kod almalıdırlar. Kod alınmadan həyata keçirilən satışların ödənilməsi üçün barter şirkəti məsuliyyət daşımır.
Barter Sisteminde qiymət necə müəyyən olunur?
Barter sistemində həyata keçirilən əməliyyatın qiyməti, keyfiyyəti, təhvil-təslim şərtləri ilə əlaqədar bütün müddəalar alıcı və satıcı tərəfindən qarşılıqlı şəkildə müəyyən olunur. Barter Sistemi bir mal və xidmət bazarıdır. Qiyməti alıcı və satıcı müəyyən edir. Barter şirkəti sərbəst bazar iqtisadiyyatı anlayışı ilə fəaliyyət göstərir. Ancaq, Barter şirkəti öz üzvünə məhsulunu bazara təklif etdiyi qiymətdən daha yüksək bir qiymətlə satmağına icazə verməz. Satış barter sistemi ilə həyata keçirildiyi üçün yüksək qiymət istəyən firmalar təsbit ediləndə AZBARTER şirkəti və Məsləhət Şurası tərəfindən xəbərdarlıq edilir. Əgər, üzv eyni siyasəti davam etdirərsə, sistemdən xaric edilir.
Barter Sisteminde mal (xidmət) alan ödənişi necə həyata keçirir?
Barter Sisteminin üzvləri bir mal və ya xidmət aldıqları zaman pul və digər ödəmə vasitələri ilə ödəniş etmir, satın aldığı mal və ya xidmətin dəyəri qədər dollar ya da manatla barter sisteminə borclu qalır. Barter Sistemi ilə mal və ya xidmət alıb borclu qalan firma borcunu müqavilədə nəzərdə tutulan müddət (təxminən 6 ay) ərzində öz mal və xidmətini digər bir üzv firmaya sataraq ödəyir. Bu müddət ərzində mal və ya xidmətini sata bilmirsə, borcunu nağd olaraq ödəyir.
Barter Sisteminə necə üzv qəbul edilir?
AZBARTER sisteminə üzv olma prosesi firmanın internet vasitəsilə ya da şəxsən müraciət etməsi ilə başlayır ve AZBARTER tərəfindən üzvlüyə qəbul etmə və əməliyyat aparma səlahiyyətinin verilməsilə sona çatır. Üzvlük müraciəti edən firmalardan aşağıdakı sənədlər tələb edilir:
-
Üzvlük haqqında müqavilə (2 nüsxədə)
-
İmza nümunələri
-
Şirkətin dövlət qeydiyyatı sənədlərinin surəti
-
VÖEN
-
Məlumat anketi
-
Son hesabat ilinin maliyyə hesabatı (balansı)
Sənədlər AZBARTERə təqdim edildikdən sonra sənədlərə baxılır. Üzvün maliyyə sabitliyi, istehsal etdiyi mal və xidmətlərin keyfiyyəti araşdırıldıqdan sonra onun üzvlüyə uyğun olub-olmaması haqqında qərar qəbul edilir. Şirkət üzvlüyə qəbul edilirsə, imzalanmış müqavilənin bir surəti üzvə internet şifrəsi ilə birlikdə təqdim edilir.
Bazar və sektor məhdudiyyəti olmadan hər bir firma barter sisteminə üzv olmaq hüququna malikdir. Ancaq, yalnız barter şirkətinin təsdiqlədiyi firmalar üzv ola bilərlər. AZBARTER sisteminə üzv olan firmalardan bir illik üzvlük haqqı alınır, eyni zamanda həyata keçirilən hər barter əməliyyatından müəyyən komissiya məbləği AZBARTER şirkətinin hesabına köçürülür.
Barter Sistemində mal və xidmətlərə necə müştəri tapılır?
Firmalar barter sisteminə üzv olduqları zaman sistemə təklif etdikləri mal və xidmətlər ilə bağlı Təklif Bildiriş Formasını AZBARTERə verirlər. AZBARTER bütün üzvlərin məhsulları ilə bağlı məlumatları məlumat bazasına daxil edir və sayt vasitəsilə internetdə yayır və e-mail vasitəsilə digər üzvlərinə göndərir. Üzvlər sistemə təklif edilən mal və xidmətləri AZBARTERin internet səhifəsindən və ya e-maillərdən öyrənə bilirlər.