Barterin tarixi
Eramızdan əvvəl 9000 və 6000 tarixləri arasında ilk və ən qədim mübadilə vasitəsinin mal-qara olduğunu bilirdiniz mi? Mal-qara deyildikdə inəkdən quzuya qədər hər cür heyvanı düşünə bilərik. Zaman keçdikcə əkin fəaliyyətlərinin artması ilə bərabər yeni mübadilə vasitələri ortaya çıxdı, bitki məhsulları, tərəvəz, taxıl, şum alətləri, kotan və digər kənd təsərrüfatı məhsulları...
İnsanların natural təsərrüfatda həyata keçirdiyi bu fəaliyyət və ticarət əslində bir barter idi və vaxt ötdükcə daha peşəkarcasına edilməyə başlandı.
|
Klassik mənada rəsmi barter əməliyyatının ilk nümunəsi 1626 yılında Peter Minuit adlı bir şəxsin 24 dollar dəyərindəki bəzək əşyasını eyni dəyərdə olan başqa bir bəzək əşyası ilə dəyişdirməsi ilə başlayıb. Müasir mənadakı barter əməliyyatlarına isə 1930 cu illərdə rast gəlinir. 1929 cu ildə ortaya çıxan dünya iqtisadi böhranı əllərində xeyli miqdarda mal və xidmət olan firma və ölkələri nağd pul sıxıntısından qurtarmaq üçün barter fəaliyyətinə yönləndirmişdir.
|
|
Barter, dünyada, xüsusilə də ABŞ da 40 ildən bu tərəfə tətbiq edilən bir sistemdir. Bu gün dünyanın müxtəlif ölkələrində 600 mindən çox qurum barter ticarəti ilə məşğul olmaqdadır. “The Business Trend Analysts” in apardığı araşdırmada dünya ticarətinin 40 % - nin barter sistemi ile həyata keçirildiyi təsbit edilmişdir. Hal-hazırda dünya miqyasında 900 milyard dollarlıq əməliyyat Barter təşkilatları tərəfindən reallaşdırılır. Amerikada təxminən 500 barter firması, 450.000 üzv şirkət ilə il ərzində 400 milyard dollarlıq daxili və xarici barter ticarəti həyata keçirir. The International Association of Trade Exchange (IATE: Beynəlxalq Ticarət Birjası Assosiasiyası) in hazırladığı hesabatda barter ticarətinin Amerikada hər il 16% artdığını qeyd etmişdir.
İsveçrədə WIR-barter təşkilatı 1934 cü ildə qurulmuş və sadəcə daxili bazara xidmət etməyi planlaşdırmışdı. Bu gün təxminən 63.000 üzvü vardır. İsveçrədə daha çox inşaat sektorunda və daxili bazarda məşhur olan barter ticarəti, hər il 14-15% artış göstərir. Almanyada ilk barter təşkilatı 1983 də Hamburgda, Avstriyada isə 1984 də Vyanada fəaliyyətə başlamışdır.
Artıq ciddi bir sənayeyə çevrilən barter, Turizm, Medya, Əmlak, Sənaye kimi bir çox sahədə topdan və pərakəndə şəkildə ayrı-ayrı xidmətlər göstərən sektora çevrilmişdir. Dünya barter ticarəti, qərargahı Amerikada olan Dünya Barter Birliyi (IRTA) tərəfindən tənzimlənməkdə və stimullaşdırılmaqdadır.