Beton nasosu | İstilik-soyutma sistemləri | Mis borular | Ofis sahəsi
Sement | Beton | Mənzil | Boya | Qum-çınqıl | Avtomobil

Barter nədir?

Barter tələb edilən mal və xidmətin, təklif edilən mal və xidmət müqabilində satın alınması və ya tələb və təklifin qarşılıqlı mübadilə edilməsidir. Barter ən sadə mənasında ‘Dəyiş-düyüş’ olaraq başa düşülür. AZBARTERin fəaliyyət məqsədləri üçün isə barter bir müəssisənin satın aldığı mal və ya xidmətin dəyərini özünün istehsal etdiyi ya da sahibi olduğu başqa mal və ya xidmətlə ödəməsi kimi başa düşülməlidir. 

              

           

Barter ən sadə ifadə ilə ‘Dəyişdirmə’ adlandırılsa da, barter sisteminin məzmunu çox daha genişdir. Barter; çox sayda alıcı və satıcının bir yerdə üz-üzə gəldiyi bir geniş bazar olmaqla bərabər, bu alıcı və satıcıları müəyyən qaydalar çərçivəsində və müəyyən kriteriyalara görə bir yerə toplayan, alıcı və satıcının qarşılıqlı əlaqələrini tənzimləyən, həm alıcının, həm də satıcının hüquq və öhdəliklərini müəyyən edən bir sistemdir. Bu baxımdan barter sistemi sadə bir dəyişdirmə əməliyyatı deyil.

 

Barter; alıcı və satıcının mövcud iqtisadi şəraitdə ən yaxşı şərtlərə uyğun bazar tapıb, alış-verişlərini bu bazarda həyata keçirmələrini təmin edən, müəyyən xüsusiyyətlərə malik fiziki və ya hüquqi şəxslərin üzv ola bildiyi yaxud sistemdən faydalana bildiyi bir alış-veriş klubudur.

Barter; pul ödəmədən alış veriş imkanı yaratdığına görə müəssisələr üçün bir maliyyələşdirmə alətidir. Barter maliyyələşdirmə aləti, digər maliyyə vasitələrindən fərqli olaraq malların maya dəyərini minimum səviyyədə saxlamağa imkan verən bir alətdir. Çünki, barter sistemilə alıcı ehtiyacı olan mal və xidməti pul və ya faizli kreditlə yox, başqa bir mal yaxud xidmətlə ödəyir.

Nə üçün Barter?

Bütün dünyanı sarsan və ötən ilin gündəminə damğasını vuran qlobal maliyyə böhranı bir daha göstərdi ki, nağd pul hər zaman öz sözünü deyir, ingilislər demişkən “Cash is the King”. Bəs nağd vəsaiti qorumaq, lakin, eyni zamanda fəaliyyəti davam etdirmək, hətta bazarınızı genişləndirmək, anbarlarınızdakı malları satmaq və ehtiyacınız olan mal və xidmətləri necə əldə etmək olar? Bu sualın yalnız bir cavabı var – BARTER yolu ilə.