Beton nasosu | İstilik-soyutma sistemləri | Mis borular | Ofis sahəsi
Sement | Beton | Mənzil | Boya | Qum-çınqıl | Avtomobil

Məqsəd

Klub üzvlər arasında əlaqələrin yaxşılaşdırılması, səmərəli fikir mübadilələrinin aparılması, asudə vaxtların dəyərləndirilməsi, sosial-mədəni əlaqələrin gücləndirilməsi məqsədilə yaradılmışdır. Klubun üzvlərinə müxtəlif imtiyazlar və güzəştlər veriləcəkdir.

Nə üçün Barter?

Bütün dünyanı sarsan və ötən ilin gündəminə damğasını vuran qlobal maliyyə böhranı bir daha göstərdi ki, nağd pul hər zaman öz sözünü deyir, ingilislər demişkən “Cash is the King”. Bəs nağd vəsaiti qorumaq, lakin, eyni zamanda fəaliyyəti davam etdirmək, hətta bazarınızı genişləndirmək, anbarlarınızdakı malları satmaq və ehtiyacınız olan mal və xidmətləri necə əldə etmək olar? Bu sualın yalnız bir cavabı var – BARTER yolu ilə.