Beton nasosu | İstilik-soyutma sistemləri | Mis borular | Ofis sahəsi
Sement | Beton | Mənzil | Boya | Qum-çınqıl | Avtomobil

Haqqımızda

AZBARTER MMC 09.09.2009 tarixində dövlət qeydiyyatından keçmiş və qısa bir müddət sonra rəsmi fəaliyyətə başlamışdır. Azərbaycanda İLK barter şirkəti olan AZBARTER ona üzv olan bütün müəssisələrin barter ehtiyaclarını ödəmək və onlara lazım olan mal və xidmətlərin barter vasitəsilə alınıb satılmasını təmin edən bir şirkətdir.

Nə üçün Barter?

Bütün dünyanı sarsan və ötən ilin gündəminə damğasını vuran qlobal maliyyə böhranı bir daha göstərdi ki, nağd pul hər zaman öz sözünü deyir, ingilislər demişkən “Cash is the King”. Bəs nağd vəsaiti qorumaq, lakin, eyni zamanda fəaliyyəti davam etdirmək, hətta bazarınızı genişləndirmək, anbarlarınızdakı malları satmaq və ehtiyacınız olan mal və xidmətləri necə əldə etmək olar? Bu sualın yalnız bir cavabı var – BARTER yolu ilə.