Beton nasosu | İstilik-soyutma sistemləri | Mis borular | Ofis sahəsi
Sement | Beton | Mənzil | Boya | Qum-çınqıl | Avtomobil

Müştəri məmnuniyyəti

Biz - AZBARTER əməkdaşları və rəhbərliyi qurumumuzun və müştərilərimizin hər şeyin ən yaxşısına layiq olduğuna inanırıq. Qüsursuz və daha mükəmməl xidmətlər təqdim edə bilmək və üzvlərimizlə birlikdə böyüyə bilmək üçün ağlımızı və imkanlarımızı ortaq istifadə etmək niyyətindəyik və qərarlarımızı səhvsiz tətbiq edəcəyimizə söz verdik. Bunun üçün AZBARTER ailəsi olaraq 5 Maddədən ibarət Üzv Məmnuniyyəti prinsipləri yaratdıq. Bu prinsiplərə əməl edib, özümüz də sözümüz kimi olacağıq. Verdiyimiz sözlərə əməl etməsək, şikayətlərinizi bildirməkdən çəkinməyin.

  • Üzv (müştəri) sərvətimizdir. Ən mühüm inkişaf amilimizdir.
  • Üzv, şirkətə yeni üzvün gəlməsinə və ya müəssisələrin üzvlükdən çıxmasına səbəb olan ən mühüm şəxsdir.
  • Üzv daim diqqət mərkəzində olmalı olan və ehtiyacları ən qısa zamanda təsbit edilərək həll edilməli olan şəxsdir.
  • Üzv, keyfiyyətli xidmət almaq haqqına və əks təqdirdə şikayət etmək haqqına sahibdir.
  • Üzvlərin məmnuniyyəti şirkətin yaşaması və inkişafı üçün ən vacib şərtdir.

Dəyərli müştərilərimiz, əgər Sizlərə göstərdiyimiz xidmətlərin səviyyəsindən razı deyilsinizsə və ya işlərimizin səmərəliliyini artırmaq üçün təklif və iradlarınız varsa, bunları info@azbarter.az ünvanına yazmağınızı xahiş edirik.

Nə üçün Barter?

Bütün dünyanı sarsan və ötən ilin gündəminə damğasını vuran qlobal maliyyə böhranı bir daha göstərdi ki, nağd pul hər zaman öz sözünü deyir, ingilislər demişkən “Cash is the King”. Bəs nağd vəsaiti qorumaq, lakin, eyni zamanda fəaliyyəti davam etdirmək, hətta bazarınızı genişləndirmək, anbarlarınızdakı malları satmaq və ehtiyacınız olan mal və xidmətləri necə əldə etmək olar? Bu sualın yalnız bir cavabı var – BARTER yolu ilə.