Beton nasosu | İstilik-soyutma sistemləri | Mis borular | Ofis sahəsi
Sement | Beton | Mənzil | Boya | Qum-çınqıl | Avtomobil

Təsisçinin mesajı

Əziz üzvlər, dəyərli müştərilər!

Bütün dünya qlobal maliyyə böhranının nəticələri ilə mübarizə aparmaqdadır. Təşkil olunan dəyirmi masalarda böhrandan çıxış yolları, alternativ həllər, sektorlar üçün mənfi nəticələrin minimuma endirilməsi vasitələri və s.qızğın müzakirə predmeti olmuş və olmaqdadır. Belə müzakirələrdə daim fəal iştirak etməyə çalışmış, faydalı təkliflər verməyə və real çıxış yolları göstərməyə cəhd etmişəm. AZBARTER şirkəti də belə düşüncələrimdən birinin nəticəsi kimi ərsəyə gəldi. Barter fəaliyyətinin ən gözəl anti-böhran tədbiri olduğuna və gələcəkdə ticarətdə ən geniş tətbiq ediləcəyinə inandığım üçün AZBARTERin ölkə iqtisadiyyatında çox önəmli yer tutacağına əminəm. Bu işdə hamınızı həmrəy olmağa, sistemin hədsiz imkanlarından və faydalarından birgə yararlanmağa dəvət edirəm. Şuarımızda olduğu kimi: Dəyişdirək varlanaq!

Hörmətlə,

Xəyal Məmmədxanlı

Nə üçün Barter?

Bütün dünyanı sarsan və ötən ilin gündəminə damğasını vuran qlobal maliyyə böhranı bir daha göstərdi ki, nağd pul hər zaman öz sözünü deyir, ingilislər demişkən “Cash is the King”. Bəs nağd vəsaiti qorumaq, lakin, eyni zamanda fəaliyyəti davam etdirmək, hətta bazarınızı genişləndirmək, anbarlarınızdakı malları satmaq və ehtiyacınız olan mal və xidmətləri necə əldə etmək olar? Bu sualın yalnız bir cavabı var – BARTER yolu ilə.