Beton nasosu | İstilik-soyutma sistemləri | Mis borular | Ofis sahəsi
Sement | Beton | Mənzil | Boya | Qum-çınqıl | Avtomobil

Vəzifələr və Hədəflər



Vəzifələr

  1. Üzvlərimiz və tərəfdaşlarımızla uğurlu münasibətlər yaratmaqla yanaşı, münasib qiymətlə fəaliyyəti özündə birləşdirən yüksək keyfiyyətli barter xidmətləri göstərmək.
  2. Davamlı olaraq, müştərilərimizin ehtiyaclarını təmin etməyə çalışmaq, onların tələb və təkliflərini vaxtında öyrənmək və müvafiq barter əməliyyatlarını operativ həyata keçirmək. Bu istiqamətdə təkliflərimizi genişləndirmək üçün vaxtaşırı bazarın icmalını təhlil edəcəyik.
  3. Üzvlərinə daim yeni barter xidmətləri və məhsulları təklif etmək, onlar üçün yaratdığı dəyəri mütəmadi olaraq artırmaq.
  4. Üzvləri üçün rəqabət üstünlüyü yaradan, keyfiyyətli həllər və xidmətlər göstərən gəlirli şirkətə çevrilmək, həmçinin ağıllı və istedadlı işçiləri özünə cəlb edə bilən, onları dəyərləndirən bir şirkət olmaq.
  5. Müştəri məmnuniyyətini özünə hədəf seçən və atdığı addımlardan arxayın olan bir şirkət olmaq.
  6. Regionun öndə gedən Barter Şirkətinə çevrilməklə əhatə etdiyimiz fərdi və korporativ üzvlərimizin gəlirli fəaliyyət davamlılığını təmin etmək və buna geniş çeşiddə arzu olunan xidmətlər, bizim və üzvlərimizin maliyyə sabitliyini qoruyan, eyni zamanda əhalimizin sosial rifahını artırmağa yönələn yüksək hazırlıqlı peşəkar menecment, əməkdaşlar tərəfindən idarə olunan sürətli və dürüst barter sistemi vasitəsilə nail olmaq.
  7. Bütün müştərilərimizin fəaliyyət davamlılığını təmin etmək, dəqiq, dolğun və faydalı barter xidmətləri göstərmək, etibar və hörmət üzərində qurulmuş ünsiyyəti və “komanda ruhunu” qüvvətləndirən münasibətlər qurmaq.
  8. Fəaliyyətimizdə peşəkar, texniki və etik satndardları daim yüksək səviyyədə qoruyub saxlamaq.
  9. Etibar, təşəbbüs və yüksək potensialımızdan istifadə etməklə sahiblik (mülkiyyət) mədəniyyəti yaratmaq.
  10. Strateji planlama və idarəetmə, bazara uyğunlaşma və aktivlərimizin məqsədyönlü istifadəsi vasitəsilə mənfəətlə böyümək, dərhal və uzun müddətli maliyyə sabitliyi təmin etmək üçün öz fiziki və maddi aktivlərindən səmərəli istifadə etmək.
  11. Müvafiq qabiliyyətlərə malik olan və yaxşı motivasiya edilmiş məhsuldar personala sahib olmaq.

Nəhayət,

BİZİM ÜMDƏ VƏZİFƏMİZ DÜNYA MİQYASLI BARTER STANDARTLARI VASİTƏSİLƏ MÜŞTƏRİ VƏ TƏSİSÇİ DƏYƏRLƏRİMİZİ ARTIRMAQDAN: TƏQDİM ETDİYİMİZ XİDMƏTLƏRDƏ DAİM MÜKƏMMƏLLİYƏ CAN ATMAQDAN İBARƏTDİR. VƏZİFƏMİZ YÜKSƏK KEYFİYYƏT, MÜŞTƏRİLƏRİMİZƏ DİQQƏT VƏ TƏSİSÇİLƏRƏ DƏYƏR STANDARTLARINA ÇATMAQ ÜÇÜN ŞİRKƏTİMİZİN HƏR CƏHƏTDƏN LİDER OLMASINI TƏMİN ETMƏKDİR.

Hədəflər

  1. Növbəti 3 il ərzində AZBARTER Şirkəti Azərbaycan iqtisadiyyatında ən çox seçilən və sevilən ticarət vasitəçisi və barter şirkəti olacaqdır.
  2. AZBARTER:
    • Yüksək keyfiyyətli və “yerinə düşən” mübadilələr və xidmətlər təklif etməklə - Müştəri yönümlü şirkət
    • Mükafatlandırma və maraqlandırma, karyera fürsətləri və vəzifə məmnuniyyəti təmin edən – Dürüst İşəgötürən
    • Hakimiyyət orqanlarının, barter bazarının və ictimaiyyətin hörmətini qazanmış, etibarlı hüquqi şəxs kimi tanınmış Şirkət olacaqdır.
  3. AZBARTER Azərbaycan Respublikasının bütün ərazisini əhatə edəcək və ölkənin bütün ərazisində xidmətlər göstərəcəkdir.
  4. Maliyyə gücü, keyfiyyətli mal və xidmətlər, təcrübəli və ixtisaslaşmış personal vasitəsilə təsisçilərimizin, üzvlərimizin, müştəri və şəxsi heyətimizin ümidlərinin doğrulmasını, eyni zamanda şirkətin bazar iqtisadiyyatına ayaq uydurmasını və iqtisadi təkamülə yardım etməsini təmin edəcəkdir.

Nə üçün Barter?

Bütün dünyanı sarsan və ötən ilin gündəminə damğasını vuran qlobal maliyyə böhranı bir daha göstərdi ki, nağd pul hər zaman öz sözünü deyir, ingilislər demişkən “Cash is the King”. Bəs nağd vəsaiti qorumaq, lakin, eyni zamanda fəaliyyəti davam etdirmək, hətta bazarınızı genişləndirmək, anbarlarınızdakı malları satmaq və ehtiyacınız olan mal və xidmətləri necə əldə etmək olar? Bu sualın yalnız bir cavabı var – BARTER yolu ilə.